2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Azərbaycanın 2-ci ən böyük şəhərində – MAAŞLAR AÇIQLANIB - MƏBLƏĞLƏR
Gəncə Şəhər Statistika İdarəsindən FED.az-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində 61,2 ha əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2022-ci ildə tarlalardan 64,0 ton dənlilər və dənli paxlalı bitkilər, 112,6 ton tərəvəz, 864,6 ton meyvə və giləmeyvə, 532,9 ton üzüm toplanmışdır.
2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 850 baş iribuynuzlu mal-qara (ondan 337 baş inək və camış), 1320 baş qoyun və keçi, 32 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2022-ci ildə heyvandarlıq bölməsində 66,5 ton ət diri çəkidə, 402,9 ton süd, 408 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən süd istehsalı 186,3 ton (31,6 faiz), ət istehsalı 4,0 ton (5,7 faiz), yumurta istehsalı 205 min ədəd (33,4 faiz) azalmış, yun istehsalı isə 0,2 ton (7,7 faiz) artmışdır.
2022-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 3 milyon 459,6 min manat, o cümlədən bitkiçilik məhsulları 2812,1 min manat, heyvandarlıq məhsulları 647,5 min manat təşkil etmişdir.