Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Azərbaycanın 2-ci ən böyük şəhərində – MAAŞLAR AÇIQLANIB - MƏBLƏĞLƏR
Gəncə Şəhər Statistika İdarəsindən FED.az-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakcılara 1 milyard 357,5 milyon manatlıq, o cümlədən 581 milyon 111,1 min manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları, 77 milyard 6451,8 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 42,5 faiz azalmş qeyri-ərzaq malları üzrə isə 2,2 dəfə artmışdır.
2022- ci ilin yanvar-dekabr aylarında istehlak mallarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri 59,6 faizi fərdi sahibkarlar tərəfindən 16,7 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2021-ci ilin yanvar - dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 32,9 faiz,artmış fərdi sahibkarlar üzrə 7,7 faiz azalmış bazar və yarmarkalarda isə 2,4 faiz artmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 316,1 manatlıq o,cümlədən 135,3 manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları 180,8 manatlıq qeyri ərzaq malları almışdır.
2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2022-ci ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz artaraq 32 milyon 842,1 min manat təşkil etmişdir. Dövriyyənin 22 milyon 731,8 min manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2022-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,0 faiz artaraq 358 milyon 553,4 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 92 milyon 871,3 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 25,9 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 18,5 faizi dövlət, 81,5 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Yanvar-dekabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 132,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.