Fransada enerji problemi toyuq idxalını artırıb.
Eləcə də bax: Fransada oduncaq şirkətlərinin səhmləri - 7 DƏFƏ BAHALAŞIB
FED.az xarici mətbuata istinadən xəbər verirki, müharibə ilə əlaqədar artan enerji və taxıl qiymətləri yerli quşçuluqda xərcləri 30 faiz artırıb və istehsalçılar qazın baha olması səbəbindən cücələri qızdırmaqda çətinlik çəkirlər.
Fransanın TF1 İnfo resursu yazır ki, yerli istehsalçılar quş qripi və yüksək xərclər səbəbindən fransızların geniş şəkildə istehlak etdiyi toyuq ətinə olan tələbatı ödəməkdə çətinlik çəkir.
Ukrayna müharibəsi ilə əlaqədar enerji və taxıl qiymətlərinin artması yerli ev quşlarının xərclərini 30 faiz artırıb və bu vəziyyət özünü qiymətlərdə ən azı 14 faiz göstərdi.
İstehsalçılar da qazın bahalaşması səbəbindən fermalarda cücələrini isitməkdə çətinlik çəkirlər.
Təchizatçılar isə daha sərfəli qiymətə görə toyuq ətinin az qala yarısını xaricdən idxal etməyə başlayıblar.
Digər tərəfdən, Avropa İttifaqı gömrük kvotası bir il müddətinə qaldırdığı üçün Ukrayna toyuqunun Fransa bazarlarını dolduracağı gözlənilir.
Qeyd olunur ki, Fransada 2021-ci ildə idxal olunan toyuq ətinin daxili bazarda payı 25 faiz olduğu halda, bu il 50 faizə yüksəlib.