2020-ci ildə Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu illə müqayisədə miqdar ifadəsində 11%, dəyər ifadəsində 9,2% azalıb.
Eləcə də bax: Azərbaycan 2020-ci ildə $73 milyon dəyərində şokolad - İdxal Edib
FED.az xəbər verir ki, “Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 457,26 ton, dəyəri $17 milyon 109,22 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Fransa 2019-cu ildə olduğu kimi 2020-ci ildə də sözügedən məhsulları Azərbaycana idxal edən ölkələr arasında lider olub. Bu ölkədən $5 milyon 611,92 min dəyərində 61,7 ton (miqdar ifadəsində azalma 35,7%, dəyər ifadəsində azalma 21%) ətir və tualet suyu idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Polşa ($2 milyon 319,68 min dəyərində 181,37 ton), Rusiya ($2 milyon 126,26 min dəyərində 305,19 ton), İtaliya ($1 milyon 468,77 min dəyərində 21,82 ton), Türkiyə ($1 milyon 349,91 min dəyərində 204,21 ton), Çin ($1 milyon 140,05 min dəyərində 505,87 ton), İspaniya ($1 milyon 46,42 min dəyərində 29,69 ton), BƏƏ ($810,42 min dəyərində 59,82 ton), Böyük Britaniya ($429,36 min dəyərində 3,24 ton) və İsveç ($262,33 min dəyərində 23,88 ton) daxildir.
Digər tədarükçülərin siyahısına Ukrayna, Bolqarıstan, Belarus, Almaniya, ABŞ, Bəhreyn, Çexiya, Avstriya, Hindistan, İran, İsveçrə və Əmman da daxil olub. (İnterfaks)