Xəbər verildiyi kimi, prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı sərəncamlarla Firdovsi Əliyev Samux rayonu icra hakimiyyətinin başçısı təyin edilib.
Deputat, nazir müavini, indi də icra başçısı - DOSYE
FED.az xatırladır ki, indiyədək Ekologiya nazirinin müavini olan F.Əliyev bu vəzifədə uzun illərdir çalışan Alı Qocayevi əvəz edib, sonuncu dövlət başçısının digər sərəncamı ilə işdən azad edilib.
Uzun müddətdr dövloət orqanlarında çalışan və idarəçilik təcrübəsinə malik olan F.Əliyev üçün yeni vəzifə yüngül səyahət olmayacaq.
Ölkənin qərb bölgəsində yerləşən – Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan Samux rayonu iqtisadi vəziyyətinə görə, ölkədə o qədər də seçilməyən rayonlardan biridir.
Samux rayonu – ölkədə orta aylıq əmək haqqı 600 manatı keçməyən 30 rayondan biridir (2022).
Samux rayonunun ona qonşu rayonlarla müqayisəsi üçün FED.az-ın tərtib etdiyi cədvələ əsasən hazırda Samux rayonu bir sıra göstəricilərə görə, Gəncə-Daşkəsən regionundakı «həmkar»larından – Göygöl və Goranboydan, xüsusilə Goranboydan xeyli geridədir. Şimaldan Qax rayonu ilə qonşu olan Samux bəzi göstəricilərinə görə, yalnız ondan üstündür.
Belə ki, rayonun ümumi iqtisadi gücü – istehsal olunan xidmət və məhsulların həcmi 190 milyon manatdır, bu göstəriciyə görə, Samux müqayisə olunan rayonlar arasında yalnız Qax rayonundan irəlidədir (2022).
Goranboy və Göygöl rayonlarının iqtisadi imkanları isə bundan təqribən 2 dəfə böyükdür.
Əsas göstəricilərdən birii- adambaşına jüşən iqtisadi güc göstəricisində də təqribən eyni vəziyyətdir – Samuxda bu rəqəm 3278 manat təşkil edir. Goranboy və Göygöl rayonlarında isə bu rəqəm 4700-4900 manat səviyyəsindədir – yəni təqribən 50% artıqdır (2022).
İqtisadi gücünün zəif olması ilə yanaşı, son vaxtlara qədər Samux iqtisadi artımın aşağı olması ilə də fərqlənib – hər halda ətraf rayonlarda iqtisadi artım göstəricisi 45% və 37% arasında dəyişdiyi halda, Samuxda bu rəqəm 14%-dir. Bu göstəriciyə görə, Samux rayonu Qaxdan da geri qalır – 17% (2022).
Məşğulluq xidmətinin rəsmi məlumatına görə rayonda 1 332 rəsmi işsiz var. Bu təqribən 2% deməkdir, yəni rayonda hər 10 min nəfərə düşən işsizlərin sayı 230 nəfərdir (2022).
Samux əhalinin ümumi rifah göstəricilərindən biri sayılan Pərakəndə ticarət dövriyyəsinə görə, qonşu rayonlardan, hətta eyni sayda əhalisi olan Qax-dan da geri qalır – rayonda 2022-ci il ərzində ümumi satış dövriyyəsi 114 milyon manat olub. Goranboy, Göygöldə bu rəqəmlər 318 milyon, 197 milyon manat təşkil edir.
Pərakəndə satışın adambaşına göstəricisi də olduqca aşağıdır- 1964 manat. Rəsmi rəqəmlərə görə, 2022-ci ilin sonuna Samuxda cəmi 1 xəstəxana və 50 həkim olub.
Son illər kənd təsərrüfatının sürətli inkişafı fonunda Samux da bu sahədə irəliləyiş əldə edə bilər. Rayonda əkin sahələri az olsa da, heyvan sayı kifayət qədərdir.
Gəncə-Daşkəsən və Şəki-Zaqatala regionları arasında körpü olan Samux həm də Mingəçevir su anbarı ilə böyük sahil xəttinə malikdir və bu imkandan istifadə etməlidir.
Ümumiyyətlə, rayonu inkişaf etdirmək üçün diqqət yetiriləcək əsas sahələrdən biri turizm olacaq - rəsmi məlumatlara görə, Samuxda otel yoxdur.
Qax |
Samux |
Regionların müqayisəsi
|
Goranboy |
Göygöl |
Rayonlar |
||||
1.49 |
1.45 |
Sahəsi (km²) |
1.70 |
0.92 |
58 |
58 |
Əhali (min nəfər ) |
101 |
65 |
169 752 |
190 107 |
İqtisadi gücü ( min manat) |
498 126 |
309 413 |
2 926 |
3 278 |
Adambaşına düşən ÜDM(manat) |
4 931 |
4 760 |
17 |
14 |
İqtisadi artım (%) |
45 |
37 |
451 |
535 |
Orta maaş ( manat) |
546 |
544 |
1 800 |
1 332 |
Rəsmi işsiz sayı (nəfər ) |
2 707 |
2 034 |
310 |
230 |
10 min nəfərə düşən işsiz sayı (nəfər) |
268 |
313 |
Musa Şəkiliyev 64 yaş 12.04.2010 |
Firdovsi Əliyev 62 yaş 25.10.2023 |
İcra başçısı , yaşı və təyinatı |
Məhərrəm Quliyev 55 yaş 05.04.2019 |
Elvin Paşayev 40 yaş 25.07.2022 |
58 |
29 |
Kənd sayı (ədəd) |
80 |
43 |
3 997 |
3 291 |
İaşə dövriyyəsi (manat) |
4 002 |
3 339 |
331 |
- |
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə nömrələrin sayı (ədəd) |
77 |
72 |
1 790 |
2 441 |
Əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri(min manat) |
4 120 |
2 421 |
450 |
474 |
Əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin dəyəri(manat) |
344 |
345 |
19 |
24 |
Poçt şöbələrinin sayı (ədəd) |
33 |
21 |
40 |
19 |
ATS-lərin sayı (ədəd) |
42 |
24 |
+994 2425 |
+994 22 |
Telefon kodu |
+994 22 |
+994 230 |
1 437 |
1 058 |
İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir (min manat) |
1 506 |
1 143 |
34 |
51 |
Avtomobil nömrəsi |
22 |
25 |
7 477 |
7 768 |
Avtomobillərin sayı (ədəd) |
14 680 |
10 227 |
835 |
801 |
Yük avtomobillərinin sayı (ədəd) |
1589 |
1 288 |
74 |
199 |
Sərnişin avtobuslarının sayı (ədəd) |
157 |
135 |
242 |
218 |
Ümumi avtomobil yollarının uzunluğu(km) |
312 |
218 |
154 021 |
113 944 |
Pərakəndə ticarət dövriyyəsi (min manat) |
317 399 |
197 252 |
2 655 manat |
1 964 manat |
Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi (manat) |
3 142 |
3 034 |
24 |
11 |
Fəaliyyət göstərən müəssisələrin sayı (ədəd) |
18 |
30 |
203 |
111 |
Sənaye fəaliyət ilə məşğul olmaq üçün qeydə alınan fərdi sahibkar sayı |
190 |
177 |
18 062 |
23 051 |
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi(ha) |
44 703 |
8 087 |
23 461 |
23 752 |
Heyvandarlıqda iri buynuzlu mal-qara (baş) |
40 091 |
19 326 |
1 |
1 |
Xəstəxanaların sayı (ədəd) |
1 |
1 |
106 |
50 |
Həkimlərin sayı |
118 |
81 |
4 865 |
3 616 |
Yaşa görə pensiyaçıların sayı(nəfər) |
7 184 |
3 934 |
Kürmük Məbədi, Ulu Körpü, Sumuq Qala, Qalaça və ya Şamil Qala, İlisu kəndi, Ramramay şəlaləsi, Mamırlı şəlalə, |
Eldar Şamı qoruğu , Kurqanlar , "Krorğlu qalası" qülləsi |
Turistik məkanları |
Ballı şəlaləsi, Gəlin daş qayası , Buzluq kəndi |
Göygöl qoruğu , Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl. |