Xəbər verdiyimiz kimi, prezidentin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident bu rayona icra başçısı - TƏYİN ETDİ - SƏRƏNCAMLAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü F.Əliyev kənd təsərrüfatı elmləri namizədidir və 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1995–2000-ci illərdə Milli Məclisinin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
O, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini təyin edilib və bir neçə ay əvvəl vəzifədən azad edilib. Yeni təyinatadək F.Əliyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri kimi fəaliyyətini davam etdirirdi.