2023-2024-cü illərdə ən sürətli iqtisadi artım gözlənilən ölkələr məlum olub.
Azərbaycanda iqtisadi artım Gürcüstan və Ermənistandan az olacaq – YENİ PROQNOZLAR
FED.az xəbər verir ki, bu dövrdə ən sürətli iqtisadi artım Mərkəzi Asiya ölkələrində gözlənilir. Bu regionda ÜDM artım sürəti 2023-cü ildə 4,9%, 2024-cü ildə isə 5,4% gözlənilir.
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının analitiklərinin hazırladığı hesabatda bildirilir.
Bankın hesablamalarında söhbət Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistandan söhbət gedir. AYİB mütəxəssisləri bu il ən sürətli artımı Tacikistanda gözləyirlər – 8%. Qırğızıstan və Monqolustanda 7%, Türkmənistan və Özbəkistanda isə 6,5% iqtisai artım gözlənilir. Bu ərazidə ən aşağı artım Qazaxıstanda gözlənilir – 3,5%.
2024-cü illə bağlı proqnozlara gəlincə, Tacikistanda yenə 8%, Monqolustanda 7,5%, Qırğızıstanda 7,2%, türkmənistan və Özbəkistanda 7%, Qazaxıstanda isə 4% iqtisadi artım gözlənilir.
«İqtisadi artım infrastruktura yatırılması gözlənilən investisiyaların, xammal məhsullarının bahalaşmasının və Rusiya müəssisələrinin yerdəyişməsinin sayəsində baş verəcək»-deyə bankın arayışında bildirilir.
Bank hesab edir ki, iqtisadi artımın səbəbi neft və qazın bahalaşması, bu regiona işçi qüvvəsinin axını, kapital və pul köçürmələrinin artımı səbəb olacaq. Eləcə də Avropa Bankın hesab edir ki, bəzi bizneslər Rusiyanı tərk edərək bu bölgəyə köçürüləcək.
O ki qaldı Rusiyaya, AYİB ekspertləri hesab edir ki, 2023-cü ildə Rusiya iqtisadiyyatında 3%, 2024-cü ildə isə 1% azalma gözlənilir.