İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayı təqdim edilib.
Eləcə də bax: Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il - 5,2% Azalıb
FED.az xəbər verir ki, “İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2020-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Almeyvə" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Baku Steel Company", “Aqrovest” MMC və " P-Aqro" MMC..
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC və Naxçıvan MR Dövlət Energetika Xidməti.