2024-cü ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artıb.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev 2024-ci il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.
" Azərbaycanda iqtisadi artımın əsas drayveri olan qeyri-neft sektoru 11 ay ərzində 6,4% artıb. ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin payına düşmüşdür."- deyə o qeyd edib.