"Ukraynadakı hadisələr səbəbindən bəzi narahatedici məqamlar var. Bunlar nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir”.
Eləcə də bax: Baş nazir: “İnflyasiya təzyiqləri yüksəlib”
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, bununla belə, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan çağırışlara adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür: “Bunun nəticəsi olaraq ölkəmizdə əsas (ərzaq) məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılıb və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir”. (Apa)