İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib.
Eləcə də bax: Kredit kartları ilə aparılan əməliyyatların həcmi oktyabrda - 13% Azalıb
FED.az xəbər verir ki, 2020-ci ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,2 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 402,3 milyon manatlıq əməliyyat aparıb.
“İxrac İcmalı”nda 2020-ci ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 553,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 41,1 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 noyabr tarixinə kimi (47 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 138 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,3 milyon ABŞ dolları olub.