Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatına görə, bu il Azərbaycanda istehlak qiymətləri indeksinin ortaillik artımı 5,5% təşkil edəcək.
Eləcə də bax: Mərkəzi Bank daha yüksək inflyasiya gözləyir - PROQNOZUNU AÇIQLADI
FED.az xəbər verir ki, 2022-ci ildə ortaillik inflyasiya səviyyəsi 4,5%, 2023-cü ildə isə 4,1%-dək yavaşlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib. (Apa)