Dünya Bankı missiyasının Bakı səfəri çərçivəsində ixracın şaxələndirilməsi üzrə yeni təhlillərinin ilkin nəticələri müzakirə edilib.
Qida və içki istehsalçıları qarşılaşdıqları çətinlikləri - ANTİİNHİSAR XİDMƏTİNƏ ÇATDIRIBLAR
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələrinin də iştirak etdiyi görüşdə Dünya Bankının Bakı səfəri çərçivəsində ixracın şaxələndirilməsi üzrə yeni təhlillərinin ilkin nəticələri müzakirə olunub.
Bundan əlavə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ticarət əlaqələrinin genişləndirilməsi üçün nəzərdə tutulmuş layihələr, o cümlədən məhsulların keyfiyyəti üzrə standartların unifikasiyası istiqamətində görülmüş işlər barədə məlumat verilib.
Sonda keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və ticarət siyasəti sahəsində gələcək tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.