İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndələri ilə görüş keçirilib.
Azərbaycanda avtomobil istehsalı - 26% ARTIB
FED.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyevin də iştirak etdiyi görüşdə iqtisadiyyatın müxtəlif sahələrində bazar subyektlərinin azad rəqabət mühitində səmərəli fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Sahibkarlığın inkişafına nail olunması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında keçirilən görüşlər və rəqabət, istehlakçı hüquqları, keyfiyyət infrastrukturu sahələrində birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin ölkədə avtonəqliyyat sektorunun inkişafı, müasir avtomobil bazarının formalaşması və sektorun üzləşdiyi çağırışlar barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.