Cari ilin yanvar-aprel ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçılar tərəfindən daxil olan 2 306 müraciətə baxılıb. Bu müraciətlərin yarıdan çoxu – 58%-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına, 16%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına dair olub.
Eləcə də bax: “Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə - İŞ AÇILDI
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətlərdən 955-i təmin olunub.
Dövlət Xidmətinin məlumatına əsasən, hesabat dövründə 145 989 manat istehlakçılara qaytarılıb, 12 604 manat həcmində dəymiş ziyan ödənilib.