Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Soliton LTD” MMC-yə iş qaldırıb.
Eləcə də bax: “Soliton”da şöbə müdiri - İŞÇİNİ DÖYÜB?
FED.az Banker.az-a istinadən xəbər verir ki, işə 17 may tarixində baxılacaq.
Dövlət Xidmətindən verilən məlumata görə, iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətlərinə görə qaldırılıb.
Qeyd edək ki, qanunun 9-cu – “İstehlakçıların çaşdırılması” maddəsinin üçüncü abzasına əsasən, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanmasına yol verilmir.