İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.
«Ən ucuz market bizik» sözü «Araz Supermarket»ə baha başa gəldi - 2,5 MİLYON MANAT CƏRİMƏ!
FED.az Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC "Azərsun Holdinq"ə daxil olan şirkətlərdir.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.