Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektlərinin haqsız rəqabətə yol verməsi barədə 34 müraciətə baxıb.
Dövlət Xidməti mühərrik yağı satan - 2 ŞİRKƏTƏ İŞ QALDIRDI
FED.az xəbər verir ki, bunu qurumun rəisi Məmməd Abbasbəyli "Tviter" hesabında bildirib.
Onun sözlərinə görə, 13 müraciət üzrə tələblər təmin edilib, 7 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 14 müraciət üzrə isə araşdırma davam edir.