Son həftələr ölkədəki kəskin bahalaşma getdiyi bir vaxtda Dövlət Statistika Komitəsi yanvar-oktyabr ayı üzrə istehlak qiymətlərinin indeksini –inflyasiyanın rəsmi göstəricisini açıqlayıb.
Bu şirkətlər işçi yığır: əmək haqqı 500-800-1200-1700 manat - 23 VAKANSİYA
FED.az xəbər verir ki, komitə qiymət artımını iki formada açıqlayır – 2021-ci ilin yanvar-oktyabrı ötən ilin eyni dövrü ilə müqayisə və oktyabr ayı ötən ilin oktyabrı ilə müqayisə.
Komitənin məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında qiymətlər 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 6,7 faiz, qeyri-ərzaq məhsulları 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5,0 faiz bahalaşıb.
İstehlak qiymətləri indeksi, faizlə
Təkcə oktyabr ayını götürdükdə isə qiymət artımı daha qabarıq görünür. Belə ki, son bir ildə – 2020-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək ümumi qiymət artımı 10% olub. Bu dövrdə qida məhsulları 13,4%, qeyri-ərzaq məhsulları 6,7%, ödənişli xidmətlər isə 8,4% bahalaşıb.
İstehlak qiymətləri indeksi, artan yekunla əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 2,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 13,1 faiz artıb.
2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi, məhsul qrupları üzrə, əvvəlki aya nisbətən, faizlə