VAKANSİYA 1
Gens Elektrik
Brend menecer
Son tarix 15 dek 2021
Vəzifə öhdəlikləri:
- Brendin standartlarına uyğun olaraq zəruri tədbirləri həyata keçirmək;
- Məhsulun sifarişindən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) satışına qədər olan bütün prosesləri idarə etmək;
- Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtlı-vaxtında tətbiq edilməsini təşkil etmək.
- Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək
- Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar qurmaq;
- Satış menecerlərini təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək;
- Satış analizlərini aparmaq: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək;
- Bazar təhlilini aparmaq;
- Məhsulların qiymət siyasətini inkişaf etdirmək;
- Məhsulun bazarda mövqeyini izləmək, şirkətin imicinin tədqiqatını aparmaq;
- Aylıq satış planının mağaza tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
- Analitik düşünmə bacarığı;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq və s.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing və texniki fənlər təhsili olanlara üstünlük veriləcək);
- Sahə üzrə 2-3 il təcrübə;
- Təchizatın idarə olunması və ümumiyyətlə idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Rus dili, İngilis dili biliyi mütləqdir;
- 1C proqramında işləmə bacarığı, Ofis proqramları, Excel mütləqdir. - [email protected]
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Şənbə 09:00-18:00
- Əmək haqqı 800-1200 AZN
VAKANSİYA 2
166 Yükdaşıma və Logistika
İcra orqanları ilə iş şöbəsinin hüquqşünası
Son tarix 15 dek 2021
Əmək haqqı: 500-800 + Bonus
İş barədə məlumat:
- Müxtəlif icra orqanlarında olan şirkətə borclu fiziki və hüquqi şəxslərdən borcların tələb edilməsini həyata keçirmək (kollektor kimi);
- İcra orqanları ilə əlaqədar olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək (kollektor kimi);
- Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra məmurları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanlarına sorğuların verilməsini təmin etmək;
- Müvafiq və fiziki şəxslərin əmlak və hesablarının üzərinə müvafiq məhdudiyyətlərin qoyulmasını təmin etmək;
- Borcların daim təqib edilməsini həyata keçirmək;
- İcraçılarla görüşlərdə iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla);
- Kompüter bilikləri: MS Word (əla), MS Excel (əla);
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilmək;
- Punktual, diqqətcil və məsuliyyətli olmaq;
- İcraçılarla çalışma üzrə 2-3 il iş təcrübəsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayan iş rejimi;
- Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “İcra orqanları ilə iş şöbəsinin hüquqşünası” qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 3
Baş mühəndis
Son tarix 15 dek 2021
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki Tikinti mühəndisliyi, Mülki və Sənaye Tikintisi mühəndisliyi)
- Kompüter bilikləri: MS Office proqramları, Autocad
- Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur.
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı.
Vəzifə öhdəlikləri:
- Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir.
- Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir;
- Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
- Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir.
- Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
- Layihələrin plan- smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
- Tabeliyində olan struktur bölmələr və müəssisənin digər bölmələri ilə kordinasiyasının düzgün təşkil edir;
- Smetaya uyğun təchizat və tədarük proseslərinin dəqiq və keyfiyyətli təşkili üçün zəruri işlər edir;
- Texniki nəzarət və tikinti sahələrinin mühəndis heyəti vasitəsi ilə layihələrin texniki spesifikasiyalara uyğun plan qrafik əsasında həyata keçirilməsini təmin edir;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- Elmi texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir, sənədlərin patentləşməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
- Tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına rəhbərliyi həyata keçirir;
- Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak edir;
- Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasına rəhbərlik edir.
- Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
- Tənzimləmə orqanları ilə əməkdaşlıqda iştirak edir;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə rəhbərlik edir;
- Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasını təmin edilməsində iştirak edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına rəhbərlik edir;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Tədbirlərin keyfiyyətini və əldə edilən nəticələri monitorinq etmək, eləcə də dizayn şərtlərinə, təhlükəsizlik və sanitar standartlara uyğunluğu təmin etmək üçün layihənin həyata keçirildiyi ərazinin yoxlanılmasında iştirak edir;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesinə rəhbərlik edir;
- Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
- Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər verir;
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünün aparılmasına və qrafik tərtib edilməsinə rəhbərlik edir:
- Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsində iştirak edir;
- Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
- Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak edir;
- Tender təklifləri, tədbirlər, ətraf mühitə təsirlərin bəyan edilməsi, mülkiyyət və keçid yollarının təsviri kimi daxili və ictimai hesabatlar hazırlayır və təqdim edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
Bilik və bacarıqlar:
- Tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını;
- Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
- Podrat müqavilələrin bağlanması və icrası qaydalarını, təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qayda və normaları.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “baş mühəndis" adını qeyd edərək göndərmələri xahiş olunur ([email protected]).
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 4
Gens Elektrik
Maliyyət-analitik/ Mühasib
Son tarix 15 dek 2021
İş haqqında məlumat:
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Smetanı hesablamaq;
- Əmək haqqı ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
- Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək;
- Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- DSMF, Vergi, Statistika hesabatları, həmçinin məşğulluq hesabatlarının hazırlanması;
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək;
- İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
- Debitor və kreditorlarla hesablaşmalar;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
- Xərclərin və gəlirlərin kassa kitabında uçotunu təşkil etmək;
- İllik xərclərinin smetasının hazırlanması və onların analizi.
- Ali təhsil : Maliyyə və Mühasibatlıq sahəsində
- Dil bilikləri: Azərbaycan (yaxşı), Rus (oxu və yazı yaxşı)
- Excel tədbiqi üzrə yüksək biliyə malik olmalı
- Məlumat bazasının təhili
- Təsərrüfat əməliyyatlarını 1C proqramında təhlil etmə bacarığı
- Təhlil zamanı problemləri həll etmə bacarığı
- Məntiqi düşünmə bacarığı
- Düzgünlük və dəqiqlik
Namizədə olan tələblər:
- İnşaat mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Word və Excel proqramlarını bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
- Məlumat bazasında mubadilə zamanı yaranmış səhvlərin aşkarlanması və təhlili
- Programist ücün texniki tapşırıqların hazırlanması və TP-ın tədbiqinə nəzarət
Təminatlar:
- Əmək haqqı 1000 – 1200 AZN
İş şərtləri:
- İş vaxtı 09:00 - 18:00
- İş günü Bazar ertəsi – Şənbə
- Şirkət tərəfindən korporativ nömrə və telefon verilir - [email protected]
VAKANSİYA 5
Kontakt Home
Kopirayter
Son tarix 15 dek 2021
Tələblər:
- Ali təhsil
- Azərbaycan və Rus dilində səlis danışma və yazma qabiliyyəti;
- İngilis dilindən araşdırma və səlis tərcümə etmə bacarığı;
- Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
Əmək funksiyaları:
- Reklam mətnlərini yazmaq ;
- Radio, TV və sosial media üçün kontentlər yazmaq;
- Məhsulların tanıtımı üçün icmal mətnləri yazmaq
İş şəraiti:
- İş qrafiki: I-V günlər, saat 09:00-18:00.
VAKANSİYA 6
AzMühasibat
Kadr sənədləşməsi üzrə aparıcı mütəxəssis
Son tarix 15 dek 2021
İş barədə məlumat:
- Müştəri şirkətlərin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən dəyişikliyi ilə bağlı prosedurların yerinə yetirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, əmək kitabçalarının yazılması∙
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, məzuniyyətləri uçota alınması
- Qanunvericilikdən irəli gələn digər məsələlərin yerinə yetirilməsi.
- Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər prosedurlar və s.) əvvəlicra edilmədən əvvəl yoxlanılması
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahəsində ən azı 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan, Rus dillərini bilməli
- Komandada işləmək bacarığı;
- Konsaltinq şirkətləri üzrə iş təcrübəsi olması arzu olunandır.
Əmək haqqı Namizədin bilik və bacarığından asılı olaraq təyin edilir, minimal olaraq 750 manatdan başlayır.
İş vaxtı 08:30-17:30, 5 günlük iş həftəsi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində Kadr sənədləşməsi üzrə aparıcı mütəxəssis qeyd etməklə göndərmələri xahiş olunur ([email protected]).
VAKANSİYA 7
OBA marketlər şəbəkəsi
Space Analyst
Son tarix 15 dek 2021
Requirements:
- Education: Bachelor's (Business or numerical)
- Computer skills: MS Office, excellent Excel skills
- Language skills: Intermediate English
- Experience: 2-3 years in retail food experience
- Functional knowledge: knowledge of Microsoft Systems with excellent Excel skills, highly numerate, highly adept with big data, advanced computer skills (excel, data warehouse, power BI, SQL)
- Preferred qualifications: any change management certification (PMP, Lean Six Sigma, Prince 2 etc), any certificates from retail software companies (JDA etc.), floorplanning software experience
Job description:
- Works in collaboration with a wide range of stakeholders around the business including Retail, Commercial and The Support Office to deliver the right range for the customers and floorplans for the colleagues.
- Works to deliver the best layouts that balance disruption for customers and colleagues with the improvements in range and the customer shopping experience.
- Stays up to date with current trends in retail and the categories and use the knowledge to build a strong space and adjacency strategy.
- Balances the work and life commitments to ensure to have the energy focussed in the right way. Knows the sources of energy and how to sustain them.
- Plays an active part in business and property trials. Actively asseses the competitors and the market to identify ways to improve the business.
Work schedule:
- Working hours: 09:00 – 18:00;
- Lunch break: 13:00-14:00
- Saturday and Sunday are non-working days.
Candidates who meet the above requirements are asked to send their CVs with “Space Analyst” in the subject line.
Note: Only eligible candidates will be contacted.
VAKANSİYA 8
Mirlex LLC
Korporativ hüquqşünas
Son tarix 15 dek 2021
Vəzifə öhdəlikləri (qısa təsvir):
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Cəmiyyət daxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
- Qanunvericiliyə edilmiş əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.
Namizədə olan tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Qanunvericiliyini mükəmməl bilməli;
- Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, Rus və İngilis dili biliyi mütləqdir;
- MS Office (Word, Excel, Power point), Opera bilikləri;
- Güclü ünsiyyət və hüquqi yazışma bacarıqları.
İş şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ hüquqşünas” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur ([email protected]).
VAKANSİYA 9
ENGINET
Çağrı mərkəzi (Call Center) operatoru
Son tarix 15 dek 2021
Vəzifə öhdəlikləri:
- şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
- şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
- vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
- ali təhsilə üstünlük verilir
- azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- nitqi aydın və səlis olmalı
- fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- müştərilərlə ünsiyyət qurma bacarığı
- məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- MS Office proqramlarını bilməli
İş qrafiki: növbəli, günaşırı.
Müraciət qaydası: CV-nizi mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.
VAKANSİYA 10
AzPark Group
SMM mütəxəssis
Son tarix 15 dek 2021
Telefon – (012) 565 31 50
İş barədə məlumat:
- Şirkətə məxsus saytların idarə olunması, kontentin yaradılması
- Online satış kanallarının idarə olunması və inkişaf etdirilməsi
- Facebook, Instagram, Linkedin korporativ hesabların idarə olunması və inkişaf etdirilməsi
- Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontentin (mətn, foto, video) hazırlanması, veb-sayt və sosial mediada yerləşdirilməsi,
Namizədə aid tələblər:
- Yalnız xanımlar müraciət etsin
- Azərbaycan dili üzrə qrammatik, leksik biliklər və düzgün tətbiq bacarıqları (VACİBDİR!). Rus dili üzrə bilik üstünlükdür
- Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi
- Saytların idarə olunması üzrə bilik və təcrübə
- Kontent yaradılması və idarə edilməsi üzrə təcrübə (mütləqdir)
- Ünsiyyət qurma, işgüzar yazışmalar və təqdimat bacarığı
- Photoshop və Ofis proqramlarını sərbəst bilmək
- Kreativ ideyalı və yaradıcı qabiliyyətli, məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə bacarığı
- Facebook Business manageri ətraflı bilmək
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi əsasında
- İş vaxtı 09:00-dan 18:00-dək, həftədə 6 gün
Müraciətlərə yalnız CV yolu ilə baxılır. Tələblərə cavab verməyən və başqa vəzifələrə aid müraciətlərə baxılmır.CV- də yaşadığınız ünvanı qeyd edin.
Vacib Qeyd: Şirkətin ünvanı Yeni Buzovna-Şüvəlan şossesindədir. Xəzər və Sabunçu rayonları ərazisində yaşamasına üstünlük veriləcəkdir ([email protected]).
VAKANSİYA 11
Caspian Legal Center
Mühasibat - Maliyyə departamentində təcrübə proqramı
Son tarix 15 dek 2021
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Ödəniş tapşırıqlarının yazılması
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
- Əməkhaqqı hesablanması
- Verilmiş digər tapşırıqları yerinə yetirmək
- Gəlir və xərclərin uçotu
- Kassa əməliyyatları
Namizədə tələblər:
- İngilis dili üzrə sərbəst danışıq və yazışma qabiliyyəti
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək və işə planlı yanaşmaq bacarıqlarına malik olmalıdır.
- 2 ay sınaq müddəti
Təcrübə proqramı ödənişlidir.
Maraqlanan namizədlər CV-lərini başlıq hissəsinə “Təcrübə proqramı 2021” yazmaqla göndərə bilərlər ([email protected]).
VAKANSİYA 12
Italdizain Group
Office manager
Son tarix 01 dek 2021
Должностные обязанности:
- Прием и учет документов, информационно-справочное обслуживание и хранение документной информации;
- Приглашение кандидатов на собеседования;
- Оформление разрешений на проживание на территории АР для иностранных сотрудников компании;
- Оформление писем в посольства для визы необходимых для наших сотрудников;
- Бронирование отелей (+ заключение контрактов с ними)
- Контроль расходов по хозтоварам, продуктам и канцтоварам (соблюдение ежемесячного бюджета);
- Организация митингов для руководителей;
- Встреча гостей;
- Прием звонков и перевод на нужных людей;
- Встреча гостей в аэропорту: VIP, Fastrack и т.д
- Решение всех вопросов, связанных с корпоративными номерами сотрудников)
- Выполнение отдельных поручений лайн менеджеров (бюджетирование, заказ необходимых товаров, решение различного рода вопросов
Требования:
- Высшее образование;
- Стаж работы не менее 1 года;
- Коммуникабельность, стрессоустойчивость, доброжелательность;
- Хорошие знания MS Office;
- Свободное владение азербайджанским, русским и английским языком (устный и письменный), умение вести деловую переписку на этих языках;
- Дипломатичность, умение проявлять осторожность и осмотрительность в конфиденциальных вопросах;
- Умение находить взаимопонимание с руководством, коллегами
Условия:
- Стабильная работа
- Оформление по ТК АР
- Заработная плата по договоренности.
Собеседование состоится после рассмотрения всех полученных резюме.
Резюме принимаются до 01 декабря 2021 года
Просьба отправлять резюме с указанием в теме позиции «Office manager» и ожидаемой заработной платы.e
Только соответствующие вышеуказанным требованиям кандидаты будут приглашены на собеседование (с[email protected]).
VAKANSİYA 13
ASSAN-STP Panel
Baş mühasib
Son tarix 15 dek 2021
Vəzifə və öhdəliklər:
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış formada tərtib edilməsini təşkil etmək;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasına, amortizasiyası və təmir xərclərinə nəzarət edilməsi;
- Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə və kredit əməliyyatlarının uçotunu uçotunu təşkil edir;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab-fakturaların uçotunu təşkil edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi;
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıqları;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
- ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Maliyyə hesabatlarının hazırlanması (maliyyə vəziyyəti , mənfəət və zərərlər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər )
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Aidiyyətı sahədə 5 ildən artıq iş təcrübəsi;
- İngilis və Türk dillərində səlis danışıq;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.
İş şərtləri:
- İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Nahar və servis şirkət hesabına;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Baş mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.
VAKANSİYA 14
Rifah Group
Maliyyə və mühasibatlıq departamentin rəhbəri
Son tarix 15 dek 2021
Vəzifə və öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və sərəncamları, təsdiq etdiyi daxili təlimatları, qanuni göstəriş və tapşırıqlarını rəhbər tutur.
- Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
- Мaliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mehasibatlıq və idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir;
- Şirkəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləkçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir.
- Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir.
- Şirkətin təsərrüfat fəaliyyətini iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir və məsrəflərin minimallaşdırılması məqsədilə onları idarə edir.
- Şirkətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir və ehtiyatların həyata keçirir.
- Tabeçiliyində olan kadrların qəbulunda iştirak edir, onların öyrədilması və peşakar yerləşdirilməsi proqramlarını koordinasiya edir.
- Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlamaq.
- Maliyyə sistemini daim yeniləmək və yeniliklrə uyğunlaşdırmaq
- Aylıq və gündəlik daxili hesabatların hazırlanması
- Portfelin analizin aparılması
- Daxili maliyyə auditinin aparılması
- Yeni proqram təminatlarının implementasiyası
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi
- İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilmiş digər tapşırıqlar
- Müstəqil auditorlara işi əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək.
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin düzünə qurulmasına və Maliyyə departamentinin işinə görə Şirkətin rəhbərliyi qarşısında şəxsən məsuliyyət daşıyır.
Bacarıqlar:
- Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə 5 ildən az olmayan iş təcrübəsi,
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli, Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Əmək haqqı: razılıq yolu ilə
- İş yeri: Bakı şəh
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Maliyyə rəhbəri” qeyd edərək CV-lərini göndərsinlər ([email protected]).
VAKANSİYA 15
AS İnşaat MMC
Smetaçı mühəndis
Son tarix 15 dek 2021
Yerinə yetirəcəyi işlər:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
- İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
- Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Əmək haqqı:1700 AZN
CV-ləri “Smetaçı mühəndis” başlığı ilə göndərməniz xahiş olunur ([email protected]).
VAKANSİYA 16
NBCO KredAqro
Kredit Mütəxəssisi (Sumqayıt)
Son tarix 15 dek 2021
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi-Sumqayıt” qeyd etməklə göndərmələri xahiş olunur ([email protected]).
VAKANSİYA 17
Kapital Bank
Agile biznes analitik
Son tarix 15 dek 2021
Tələblər:
- Ali təhsil;
- Minimum 2 il iş təcrübəsinə sahib olmaq;
- Yüksək analitik düşünmə qabiliyyəti;
- Bank təcrübəsinin olması arzuolunandır;
- Komandada işləmək bacarığı.
Öhdəliklər:
- Aylıq və Rüblük Biznes icmal (QBR) sesiyalarının təşkilini və koordinasiyasını təmin etmək;
- QBR prosesinin təşkili zamanı strateji planlaşdırmada və hədəflərin təyin edilməsində davamlı sinxronizasiyanı təmin etmək;
- Agile və qeyri-agile strukturları üzrə Jira/ Confluence istifadə hüquqlarını idarə etmək;
- ƏEG göstəricilərinin izlənilməsi üçün Tribe və Squad-lar üzrə platformanın hazırlanmasını və davamlı optimizasiasını təmin etmək;
- Komandalarda “Agile metrics” - lərin ölçülməsi və izlənilməsi.
Müraciət üçün CV-lərinizi, mövzu hissəsində “Agile biznes analitik” qeyd etməklə göndərə bilərsiniz ([email protected]).
VAKANSİYA 18
Bakı Tikiş Evi ASC
İnsan resursları üzrə baş mütəxəssis
Son tarix 15 dek 2021
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin bağlanması, bu müqavilələrə xitam verilməsi və dəyişikliklərin edilməsi;
- E-gov.az elektron hökumət portalında kadr kargüzarlığı ilə əlaqəli əməliyyatların yerinə yetirilməsi
- Əmək haqqı hesablaması üçün lazım olan məlumatları (mükafat, tənbeh, gecikmə və s.) təmin etmək;
- Kadr kargüzarlığna aid aylıq (rüblük,illik)hesabatları hazırlamaq və təqdim etmək;
- Şirkətin kadr tələbinin müəyyən olunması və işə qəbul prosedurlarına uyğun olaraq yeni əməkdaşların cəlb edilməsi
Tələblər:
- Təhsil: Ali;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
- İnsan resursları sahəsində minimum 2 il təcrübəsi olmalıdır;
Əmək haqqı: 800 azn - [email protected]
VAKANSİYA 19
Zeytun Pharmaceuticals
Biznesin inkişafı üzrə konsultant
Son tarix 15 dek 2021
Tələblər:
- Ali təhsil (Maliyyə və ya Marketinq)
- Satış və ya marketinq üzrə 3 il iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis dilləri sərbəst bilməli
- Microsoft Office proqramlarından istifadə bacarığı
- Maliyyə üzrə biliklər
- Analitik hesabatların hazırlanması
- Bazar araşdırmasının və qiymət analizinin həyata keçirilməsi
- Dəqiqlik
- Operativlik
Vəzifə öhdəlikləri:
- Yeni istehsalçıların müəyyən edilməsi
- Proqnozlaşdırma proseslərində iştirak etmək, büdcə, maliyyə və layihə hesabatlarının aparmaq
- Marketinq və biznesin inkişafında yeni dərman preparatlarının araşdırılması;
- Yeni dərman şirkətlərinin araşdırılması və onlarla müqavilə bağlamaq;
- Mütəmadi bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq
- Analitik hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim olunması
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin - [email protected]
VAKANSİYA 20
Aloe
Pərakəndə Marketinq Meneceri
Son tarix 15 dek 2021
Vəzifə öhdəlikləri:
- Pərakəndə Marketinq və PR strategiya planının hazırlaması və həyata keçirilməsi;
- Satış və müştəri məmnuniyyətini artırmaq üçün brend şüurunu yaratmaq, mağazada, onlayn mağazada və digər pərakəndə satış rəqəmsal platformalarında trafik yaratmaq üçün Ticarət Marketinqi və Media Fəaliyyət Planının hazırlanması;
- Banklar, sığorta şirkətləri və cashback təminatçıları da daxil olmaqla brend məlumatlılığını və istehlakçıların cəlb edilməsini təmin etmək üçün əlaqəli qurumlar, media və istehsal agentlikləri, bizneslər və istehsalçılarla əməkdaşlıq;
- Texniki tapşırıqların yaradılmasından başlayaraq prosesə tam nəzarəti təmin edən Marketinq Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi;
- Rəqiblərin Marketinq fəaliyyətinin təhlili;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Ənənəvi kütləvi informasiya vasitələri, rəqəmsal platformalar və mağazadaxili pərakəndə satış çağırışları daxil olmaqla, habelə müxtəlif ALT və BTL fəaliyyətlərinə resursların ayrılması;
- Rəqəmsal marketinq komandası, dizayner, kopirayter və merçendayzer daxil olmaqla marketinq mütəxəssisləri komandasına nəzarət etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Rus və ya ingilis dili bilikləri;
- Liderlik və sərbəst qərarvermə bacarığı;
- Bazar araşdırması bacarığı;
- Kampaniyaların idarə edilməsi bacarığı;
- Media planlaşdırma üzrə təcrübə;
- Rəqəmsal marketinq anlayışı;
- Komanda ilə işləmə bacarığı;
- Şöbəsinin işçilərinin işini təşkil etmə bacarığı.
Təklifimiz:
- Rəqabətli əmək haqqı;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi, professional komandada çalışmaq və birlikdə ən yaxşı nəticələr əldə etmək.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Pərakəndə Marketinq Meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq ([email protected]).
VAKANSİYA 21
Zeytun Pharmaceuticals
Sığorta və Tender üzrə mütəxəssis
Son tarix 15 dek 2021
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər;
- Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər) ;
- 1C proqramı ilə sərbəst işləmə bacarığı;
- Riyazi biliklər;
- Ünsiyyət qurma bacarığı.
Öhdəliklər:
- Dövlət təşkilatları tərəfindən elan edilmiş tender elanlarının müxtəlif resurslarda izlənməsi və münasib tenderlər haqqında məlumatların əldə edilməsi və şirkət rəhbərliyinin diqqətinə çatdırılması;
- Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
- Tender və Tibbi Sığorta üzrə Dövlət Agentliyi təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender təklifləri Tender Komissiyası, Tibbi Sığorta üzrə Dövlət Agentliyi təklifinin isə İcbarı Sığorta ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tender prosesində şirkətin təmsil olunması.
İş şəraiti: [email protected]
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı 700-800 AZN.
VAKANSİYA 22
Araznet MMC
Baş mühasib
Son tarix 15 dek 2021
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun təşkili:
- Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qaimələri, aktları tərtib edir;
- İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır, bütün vergilərin hesablanmasını və ödənişi təmin edir;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
- İnventarizasiyanın aparılmasında iştirak edir;
Namizədə tələblər:
- Ali iqtisadi təhsil
- Mühasib vəzifəsində 3 ildən artıq iş təcrübəsi;
- Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini "Baş mühasib" başlığını qeyd edərək göndərə bilərlər ([email protected]).
VAKANSİYA 23
Sağlam Ailə
Mal-material üzrə mühasib
Son tarix 14 dek 2021
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda ERP proqramında əks etdirilməsini təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunmasını və təqdim edilməsini təmin etmək;
- Mal-material qiymətlərinin və əsas vəsaitlərin mütəmadi inventarizasiya işlərini aparmaq üçün təşkil edilmiş inventarizasiya komissiyasına Mal-material qiymətlərinin və əsas vəsaitlərin siyahısını özündə əks etdirən uçot cədvəllərini təqdim etmək;
- Material anbarı və maddi məsul şəxslərin anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və sistemə işlənilməsinin icra edilməsi;
- Cari ay başa çatdıqdan sonra anbar və maddi məsul şəxslərin material hesabatlarının qəbul edilməsi və ERP proqramına işlənilməsini təmin etmək;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi;
- MS Office və 1C proqramlarından istifadə etmək bacarığı;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.
İş şərtləri:
- İş qrafiki: Həftənin 6 günü
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mal-material üzrə mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.