2019-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırılanlardan az olub.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil etmişdir ki, bu da proqnozlaşdırılan 2022,0 mln. manat kəsirdən 1816,8 mln. manat və ya 9,9 dəfə azdır.
Eləcə də bax:Vergi və Gömrüyün dövlət büdcəsinə - NƏ QƏDƏR PUL KÖÇÜRDÜYÜ AÇIQLANIB
Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilmişdir.