“Taxıl ixracı və qlobal ərzaq böhranının qarşısını almaq üçün Kiyev Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb”.
Eləcə də bax: Türkiyə və Rusiya Ukraynanın taxılının daşınması ilə bağlı - RAZILIĞA GƏLİBLƏR
FED.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib.
“Qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır, çünki Rusiya-Ukraynaya müharibəsi Qara dənizdən taxıl ixracını dayandırıb, geniş qıtlığa və qiymətlərin artmasına gətirib çıxarıb”, - deyə Senik bildirib.
Onun sözlərinə görə, Ukrayna ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması üçün Baltikyanı ölkələrlə danışıqlar aparır:
“Bu marşrutlar mükəmməl deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik”.
"Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var" , - deyə Dmitri Senik əlavə edib. (Qafqazinfo)