"Koronavirus (COVID-19) pandemiyası dövründə Dövlət Gömrük Komitəsinin Astara sərhəd-keçid məntəqəsində keçən gündəlik yük həcmi azalmayıb".
Eləcə də bax: Büdcə gəlirlərinin 15,9 faizi - Gömrük Komitəsi Hesabına Olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirib.
"İdxal yüklərinin həcmində pandemiyadan əvvəlki dövrlə müqayisədə kiçik fərq var. 23 yanvar 2019-cu il tarixinə 1 yük maşını, 150 dartıcı, 150 qoşqu, yəni ümumililikdə 301 nəqliyyat vasitəsi idxal əməliyyatlarını həyata keçirib. Dünən, 23 yanvar 2022-ci il tarixinə 2 yük maşını, 143 dartıcı, 143 qoşqu, yəni ümumilikdə 288 nəqliyyat vasitəsi idxal əməliyyatlarını həyata keçirib. Rəqəmlər arasında çox kiçik fərq var", - deyə o qeyd edib.