Çin avqustun 3-dən Tayvandan bəzi məhsulların, o cümlədən sitrus bitkilərinin və balıq məhsulunun iki növünün idxalını dayandıracaq.
Eləcə də bax: Pelosnin Tayvana səfəri qızılın qiymətini artırdı – SON VƏZİYYƏT
FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası gömrüyü məlumat yayıb.
Pekin hakimiyyəti həmçinin “Tayvana dəstəyə və Çinə böhtana görə” ada ölkənin iki fonduna qarşı sanksiyalar tətbiq etib.
Söhbət Tayvan demokratik fondundan və Beynəlxalq əməkdaşlıq və inkişaf fondundan gedir. (Report)