ABŞ-ın hakimiyüyət ierarxiyasında 3-cü şəxs sayılan, Nümayənədələr Palatasının sədri Nensi Pelosinin Tayvana qalmaqallı səfəri dünya bazarında qızılın qiymətinin artımı ilə nəticələnib.
FED.az xəbər verir ki, birjalarda qızılın 1 unsiyası (təqribən 31 qram) 1800 dolları keçib. Bu iyulun 5-dən bəri qızılın ən yüksək qiymətidir.
Nyu-York COMEX birjasının məlumatına görə, gün ərzində qızılın qiyməti 1805 dollaradək yüksəlib.
«Bloomberg» hesab edir ki, qızılın budəfəki bahalaşmasının səbəbi regiondakı gərginlik şəraitində investorların daha etibarlı yatırımlara keçsəsidir. Tayvan Çinin mübahisəli ərazisidir, artıq 60 ilə yaxındır ki, müstəqil idarə olunmasına və ayrıca ölkə kimi sayılmasına baxmayaraq, Çin onu öz ərazisi hesab edir və buraya istənilən rəsmi səfərin əleyhinədir.
Məhz buna görə ABŞ rəsmisinin səfəri zamanı hər 3 tərəfin – Çin, Tayvan və ABŞ-ın regionda olan bazalarının hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Maraqlıdır ki, qızılın qiyməti Pelosinin təyyarəsinin koordinatından asılı olaraq da dəyişib. Təyyarə Tayvana yaxınlaşdıqca qiymətlər artıb, Tayvana enşi etdikdə və Çimin buna görə müharibəyə başlamayacağı aydın olandan sonra qiymətlər nisbətən sahitləşib.
Hazırda qızılın 1 unsiyası 20 dollara yaxın ucuzlaşaraq 1784 dollara enib.