Çin hökuməti ABŞ ilə ticarət müharibəsi şəraitində bəzi nadir torpaq metallarının və maqnitlərin ixracını dayandırmaq qərarı qəbul edib. Bu isə dünyada avtomobil, yarımkeçirici və aerokosmik sənayesinə mənfi təsir göstərə bilər.
FED.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Çin hökuməti ixracın tənzimlənməsi üçün yeni sistem hazırlayır və bu müddət ərzində bir çox limanlarından avtomobillərin, pilotsuz uçuş aparatlarının, raketlərin yığılması üçün lazım olan maqnitlərin, həmçinin ağır nadir torpaq metallarının tədarükünü dayandırıb.
Qəbul edilmiş tədbirlər ABŞ hərbi podratçılarının istehsal fəaliyyətinə, həmçinin Yaponiya və Almaniyaya tədarükünə ciddi təsir göstərə bilər.
Ticarət müharibəsi. Hələlik hesab: Amerika 145% - Çin 125%. Kim qalib gələcək?
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və regiondan gələn mallara əlavə rüsumlar tətbiq etməklə genişmiqyaslı ticarət müharibəsi başladıb. Çinə qarşı tarif 125% təşkil edib. 12 apreldən etibarən Pekin Amerika məhsullarına simmetrik tədbirlər tətbiq edib. (Oxu.az)