Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri və davamlı yüksək inflyasiya nəticəsində aşağı yönlü risklərin reallaşması səbəbindən dünya iqtisadiyyatı üçün proqnozlar ötən ayın proqnozlarından daha pessimistdir.
Eləcə də bax: BVF Azərbaycanın da daxil olduğu CCA ölkələri üzrə iqtisadi proqnozunu - AÇIQLAYIB
FED.azxəbər verir ki, BVF-nin tədqiqat bölməsinin iqtisadçısı Tryggvi Gudmundsson bazar ertəsi bloqunda yazıb: “Son aylarda 20 iqtisadi bölgənin satınalma meneceri indekslərinin davamlı pisləşməsi proqnozların Oktyabrda açıqlanan proqnozlardan daha pessimist olduğunu təsdiqləyir. Hazırda bir çox problem var və iqtisadi göstəricilərin zəifləməsi qarşıda daha çox çağırışlara işarə edir".
BVF gələn il üçün qlobal artım proqnozunu yanvarda proqnozlaşdırılan 3,8 faiz səviyyəsindən 2,7 faizə endirib. Artımın 2 faizdən aşağı düşməsi ehtimalı yüksəkdir. (Marja)