2022-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımı 5,3%, 2023-cü ildə - 3,6% təşkil edəcək.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını - ARTIRIB
FED.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun analitikləri belə hesab edirlər.
Daha öncə məlumat verilib ki, BVF-nin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,7%, 2023-cü ilsə - 2,5% təşkil edəcək.
Həmçinin, BVF cari ildə Azərbaycanda ÜDM-in nominal həcmini $70,1 milyard (2021-ci ildə - $54,6 milyard), gələn il - $71,2 səviyyəsində proqnozlaşdırır.
Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc olunmuş oktyabr icmalının proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın neft sektorunda artım 0,7%, 2023-cü ildə - 0,5% təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, cari ildə Azərbaycanda orta illik inflyasiya 12,2% (2021-ci ildə - 6,7%) təşkil edəcək, gələn il – 10,7%-dək azalacaq.
Fondun proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycandan mallar və xidmətlərin nominal ixracı $46,2 milyard (2021-ci ildə - $25,5 milyard), 2023-cü ildə - $49 milyard, 2022-2023-cü illərdə Azərbaycana idxal müvafiq olaraq $20,3 milyard və $22,3 milyard (2021-ci ildə - $16,3 milyard) tə.kil edəcək.
BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $22,2 milyard və ya ÜDM-in 31,7%-i səviyyəsində (2021-ci ildə - ÜDM-in 15,2%-i), 2023-cü ildə - $22,4 milyard və ya ÜDM-in 31,4%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır. Həmçinin, qeyri-neft ÜDM-in artımını 5,5% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, həmçinin qeyri-neft sesktorunda artım 7,2%, neft sektorunda – 1,8% təşkil edib. (İnterfaks-Azərbaycan)