Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu ilin yekunlarına görə, Azərbaycanda işsizlik səviyyəsi 6,4% təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0,8 faiz bəndi azdır.
Eləcə də bax: BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu - YÜKSƏLDİB
FED.az xəbər verir ki, Fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına görə, 2022-ci ildə bu göstəricinin bir qədər də azalaraq 6,3%-ə enəcəyi gözlənilir.
Qeyd edək ki, ölkədə 2020-ci ildə işsizliyin artması COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı idi. (Apa)