Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,5% artacaq.
Eləcə də bax: BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu - YÜKSƏLDİB
FED.az xəbər verir ki, fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına görə, 2022-ci ildə isə ortaillik inflyasiya 3,2% səviyyəsində gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib. (Apa)