Azərbaycanda iqtisadi liberallaşma baş verməli və bütün sahəər investisiyalara açılmalıdır.
Eləcə də bax: Azərbaycanda iqtisadi artım 1,1% olub – PREZİDENT AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə prezident İlhm Əliyev aprelin 14-də keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı ilə bağlı digər tədbirlərlə yanaşı, iqtisadiyyata özəl sərmayələrin təşviqi istiqamətində addamlar atılmalıdır:
«Bu vəzifəni mən artıq qarşıya qoymuşam və bilirəm ki, İqtisadiyyat Nazirliyi bu məsələ üzərində işləyir, - özəl sərmayənin təşviqi istiqamətində əlavə addımlar atılmalıdır. Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır. Biz həm yerli investorları, həm xarici investorları inandırmalıyıq ki, onların investisiyaları səmərə verəcək, onlara gəlir gətirəcək».
Dövlət başçısı Azərbaycanın beynəlxalq reytinqlərdə müsbət nəticələrini və dövlət baorcunun aşağı olduğunu da xatırladaraq bunun investorlar üçün müsbət hal olduğunu bildirib: «Xüsusilə nəzərə alsaq ki, həm “Doing Business” proqramında böyük irəliləyişə nail olduq, həm iqtisadi azadlıq indeksi, - artıq qeyd etdim ki, burada da Azərbaycan yüksək qiymətləndirilir, - bizim kredit reytinqimiz də müsbətdir, həm də dövlət xarici borcumuz aşağı səviyyədədir. Azərbaycan vətəndaşları bunu bilir. Mən hətta koronavirusa qədərki bir çox hallarda bu məsələyə xüsusilə diqqət yetirirdim ki, bizim dövlət xarici borcumuz daxili məhsulumuzun 17 faizini təşkil edir və daha da aşağı düşməlidir. İndiki böhranlı dövrdə bu amil çox böyük önəm daşıyır. Dövlət borcumuzun aşağı səviyyədə olması bizim kredit reytinqimizin sabit saxlanmasına imkan verir. Bu da investorlar üçün əsas amillərdən biridir».