2020-ci iilin 1-ci rübündə Azərbaycanda iqtisadi artım 1,1% təşkil edib.
Eləcə də bax: "Azərbaycanda iqtisadi vəziyyət 2021-ci ildə düzələcək"
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə müşavirədə bildirilib. Dövoət başçısı bildirib ki, yanvar-fevral aylarında iqtisadi artım 3%-ə yaxın oluğu halda 1-ci rübün ümumi göstəricisi 1,1% təşkil edib. Bu dövrdə qeyri–neft sektorunda 3,5 faiz artım olub: «Əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı».
1-ci rübdə qeyri–neft sənayesində artım 23 faizdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olub. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artıb. Turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintidə isə azalma olub.
1-ci rübdə inflyasiya 3 faiz olub, əhalinin gəlirləri isə 7 faiz artıb.
Xarici ticarətə gəldikdə, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın qeyri-neft ixracı rüb ərzində bir faiz azalıb: «Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır».