Azərbaycanda dövlət maliyyəsi üzrə büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi illik müqayisədə artıb
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayı üzrə büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 25,5% təşkil edib.
Bu da illik müqayisədə 1,7% çox, aylıq müqayisədə 1,2% azdır.
Belə ki, 2022-ci ilin avqusta ayında büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 23,8%, cari ilin iyul ayında 26,7% olub.