İqtisadiyyat

Bu rayona 6 mindən çox turist gəlib – İCRA BAŞÇISI

Bu rayona 6 mindən çox turist gəlib – İCRA BAŞÇISI | FED.az
21:42 1 Noy 2018

Bu ilin 9 ayı ərzində Astara rayonuna 6 min nəfərdən çox turist gəlib.
 
ELƏCƏ DƏ BAX: Kürdəmirdə istixana dəbi - RUSİYAYA SATIRLAR

FED.az-ın məlumatına görə, bunu Astara İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bildirib.
 
Bu ilin yanvar-sentyabr 9 ayı ərzində mehmanxanalarda qeydiyyata düşən 2221 nəfər turistdən 1271 nəfəri yerli, 950 nəfəri xarici turistlər olub. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayona gələn turistlərin bir qismi adətən evlərdə kirayədə qalmağa üstünlük verdiyini nəzərə alsaq yay mövsümü ərzində demək olar ki, rayona təxminən 6 min nəfərdən çox turist gəlib.

Digər xəbərlər