2024-cü ilin fevral ayında Türkiyənin ixracatının həcmi 21 milyard 82 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,6 faiz çoxdur.
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun və Ticarət Nazirliyinin birgə hesabatında bildirilir.
Bu iki hökumət strukturunun birgə məlumatına görə, hesabat dövründə Türkiyədə idxalın həcmi 27 milyard 853 milyon dollar olub ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 9,2 faiz azdır.
Bununla yanaşı, cari ilin fevralında ticarət balansının kəsiri 44,2 faiz azalıb və 6 milyard 771 milyon dollara düşüb.
Türkiyə mallarının ən çox tədarük edildiyi ölkələrin siyahısına Almaniya başçılıq edir. Cari ilin fevralında Türkiyədən bu ölkəyə 1 milyard 722 milyon dollar həcmində mal ixrac olunub. Türkiyə mallarının ən böyük idxalçıları siyahısında ilk beşliyə, həmçinin ABŞ, İtaliya, İraq və Böyük Britaniya daxildir. Bu ölkələrin bazarlarının payına Türkiyə mallarının tədarükünün 30,3 faizi düşür.
Bu ilin fevralında Türkiyəyə mal ixrac edən ölkələrin siyahısına Rusiya başçılıq edib (4 milyard 27 milyon dollar). İlk beşlikdə, həmçinin Çin, Almaniya, İtaliya və ABŞ yer alıb. Bu ölkələrin payına Türkiyənin idxalının 45,1 faizi düşür. (Azərtac)