2023-cü ildə Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi $1 milyard 654,815 milyon təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 2,2 dəfə azdır.
Azərbaycandan xaricə birbaşa investisiya 3,1 milyard dollar olub - ÖLKƏLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $1 milyard 47,523 milyon (azalma 2,8 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 63,3%-i (2022-ci ildə xüsusi çəki 82%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($164,316 milyon, artım 34,5%), ABŞ ($73,806 milyon, azalma 2,1 dəfə), Gürcüstan ($37,475 milyon, artım 29,8%) və Böyük Britaniya ($33,156 milyon, azalma 2,4%) daxildir.
AMB-nin məlumatına görə, 2023-cü ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 17,2% azalaraq $550,126 milyon təşkil edib.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($146,14 milyon, azalma 16%) tutur. 2023-cü il ərzində Azərbaycandan bütün köçürmələrin 26,6%-i (2022-ci ildə 26,2%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə RF ($74,184 milyon, azalma 18%), Gürcüstan ($58,849 milyon, azalma 0,8%), ABŞ ($54,801 milyon, azalma 2,5 dəfə) və Böyük Britaniya da ($33,716 milyon, artım 7,8%) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (+0,5%) təşkil edib. (İnterfaks-Azərbaycan)