Bu ilin yanvar-may aylarında Azərbaycana 41,330 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Eləcə də bax: Azərbaycan Gürcüstandan şərab idxalını - Artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,887 milyon ABŞ dolları və yaxud 27,39 % çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,94 %-ni təşkil edib.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan 2,774 milyon ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,627 milyon ABŞ dolları və yaxud 48,64 % azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,04 %-nə bərabər olub. (Report)