Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 331,2 min ABŞ dolları dəyərində 88 442 litr təbii üzüm şərabı tədarük edib.
Eləcə də bax: Azərbaycan araq idxalına çəkdiyi xərci - 19% Artırıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 1,9 dəfə artım qeydə alınıb.
Yanvar-mayda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 139,6 min ABŞ dolları olan 156 609 litr pivə də idxal edib. Bu da ötən ilin eyni göstəricisindən 20 679 litr və yaxud 11,6 % azdır. (Report)