Bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsi 28 faiz artıb.
"KƏŞ ölkələri Azərbaycana 4 milyard dollar investisiya yatırıb”
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin 2-ci iqtisadi forumunda deyib.
Nazir müavini bildirib ki, ölkələrimiz arasında ixrac iki dəfə artıb: “Qarşılıqlı birbaşa sərmayə sahəsində əhəmiyyətli artım müşahidə olunub”. (Azərtac)