İndiyədək Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
FED.z xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ üzv ölkələrinin 2-ci iqtisadi forumunda deyib.
O bildirib ki, Azərbaycan və KƏŞ üzv ölkələri arasında potensialdan tam istifadə olunmayıb və ölkələrin iqtisadi əməkdaşlığı üçün böyük perspektivlər var.(Report)