2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 7 milyard 520,1 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 6,2% çoxdur.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 14,3% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Təkcə oktyabr ayı ərzində əhali 1 milyard 179,0 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar alıb.













