Böyük Britaniya iqtisadiyyatı 2020-ci ildə 9,9 faiz azalıb.
FED.az xəbər verir ki, Milli Statistika İdarəsi rekord azalmanın ölkə tarixindəki ən böyük iqtisadi kiçilmənin iki qatından çox olduğunu açıqlayıb.
Eləcə də bax: Nazirlik şirkətlərə və sahibkarlara – XƏBƏRDARLIQ ETDİ
Koronavirus epidemiyasına görə tətbiq olunan məhdudiyyətlərin ümumi daxili məhsulu azaltması ilə ölkə iqtisadiyyatında ötən il geriləmə müşahidə olunub.
Mütəxəssislər bunun 1709-cu ildən sonra ən böyük kiçilmə olduğunu söyləyiblər.
9,9 azalma nisbəti iqtisadiyyatın xidmət sektorundan asılılığı ilə izah olunur. Karantin tədbirləri zamanı xidmət sektoru ciddi şəkildə pozulub.
Maliyyə naziri Rişi Sunak bildirib ki, bugünkü rəqəmlər iqtisadiyyatın bütün dünyanı əhatə edən pandemiya ilə ağır zərbə aldığını göstərir.