Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 11 yeni ad əlavə edib.
Rusiyada sanksiyalara görə - ÇAXIR TIXACI PROBLEMİ YARANIB
FED.az xəbər verir ki, sanksiya siyahısında rusiyalı iş adamları, onların ailə üzvləri və onlara məxsus şirkətlər var.
Sanksiyaya məruz qalanlar arasında rus oliqarxları Roman Abramoviç və Əlişir Usmanova dəstək verən iki kiprli yardımçı Demetris İoannides və Christodoulos Vassiliades də var. Demetris İoannides, Abramoviçin Putinin Ukraynaya qanunsuz müdaxiləsinə görə sanksiyaya məruz qalmazdan əvvəl 760 milyon funt sterlinqdən çox aktivini gizlətmək üçün istifadə etdiyi ofşor strukturlarının hazırlanmasına cavabdehdir. Kiprli hüquqşünas Vassiliades isə Usmanov və “Sutton Place Estate”i birləşdirən ofşor şirkətlər şəbəkəsinin mərkəzindədir.
Böyük Britaniya həmçinin, Usmanovun maliyyə şəbəkəsini, o cümlədən “USM”, “Curzon Square Limited” və “Hanley Limited” şirkətlərini hədəf alıb. Bu şirkətlərə sanksiya tətbiq edilməsi Usmanovla əlaqəli aktivlərin, o cümlədən Londondakı 90 milyon funt-sterlinq dəyərində olan “Beechwood House” malikanəsinin sanksiya altında qalmasını təmin edir. Usmanovun London ofisi kimi fəaliyyət göstərən və Kerzon Meydanındakı malikanənin icarədarı kimi fəaliyyət göstərən “Curzon Square Limited”in də aktivləri dondurulur. Usmanovun biznes ortağı və Dövlət Dumasının ən zəngin adamı olaraq bilinən Andrey Skoçun atası və qızı Vladimir və Varvara Skoç da sanksiyaya məruz qalıb.
Bundan əlavə, Putinin əsas müttəfiqi Viktor Medvedçukun həyat yoldaşı və Krımda bir çox lüks mülklərin sahibi Oksana Marçenko, Vladimir Yevtuşenkovun həyat yoldaşı, MTS Bank da daxil olmaqla, ərinin pay sahibi olduğu banklarda və digər şirkətlərdə idarə heyəti vəzifələrində işləyən Natalia Evtuşenkov da sanksiyaya məruz qalıb. O, həmçinin ərinə məxsus olan “Telecomms Instacom International” şirkətinin Direktorlar Şurasındadır.
Atası milyarder Süleyman Kərimovun adına Fransada dörd villası olan Gülnarə Kərimova da sanksiyaya məruz qalıb.(Apa)