Bu ilin iyun ayında Böyük Britaniyada illik inflyasiya 9,4% təşkil edib.
Eləcə də bax: Avrozonada ən yüksək illik inflyasiya Estoniyada - QEYDƏ ALINIB
FED.az xəbər verir ki, bu barədə ONS Milli Statistika İdarəsi məlumat yayıb.
Böyük Britaniyada inflyasiya təzyiqinin artması daha çox ərzaq məhsullarının və enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirilir.
Xatırladaq ki, bu ilin may ayında Böyük Britaniyada inflyasiya 9,1% təşkil edib, bu isə son 40 ilin rekord göstəricisidir. (Report)