Fevralda Böyük Britaniyada ərzaq inflyasiyasının illik nisbəti 17,1%-ə çatıb ki, bu da ölkə üçün son 45 ildə ən yüksək göstəricidir.
Azərbaycan ərzaq məhsulları üzrə özünü təmin edən ölkələr siyahısında - 66-CI YERDƏDİR
FED.az xəbər verir ki, müvafiq məlumatları çərşənbə axşamı "Kantar" beynəlxalq marketinq araşdırmaları agentliyi dərc edib.
"İnsanlar üçün ərzaq qiymətlərinin artması elektrik enerjisindən sonra ikinci ən vacib maliyyə məsələsidir. Əhalinin üçdə ikisi ərzaq və içkilərin qiymətindən narahatdır", - deyə "Kantar"da pərakəndə satış və istehlakçıların təhlili şöbəsinin müdiri Freyzer Makkevit bildirib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə ərzaq məhsullarının illik inflyasiyası sonuncu dəfə 1977-ci ildə 17,6%-i keçib. (Trend)