"The Economist"-in qida ehtiyaclarının ödənilməsinə dair 113 ölkəni əhatə edən araşdırmasını - "Qlobal Qida Təhlükəsizliyi İndeksi 2022"ni açıqlayıb.
Yanvarda Azərbaycan ərzaq məhsullarının idxal xərclərini - 13% ARTIRIB
FED.az xəbər verir ki, dünyada özünü qida ilə təmin edən ilk 3 ölkə Finlandiya, İrlandiya və Norveçdir.
Reytinqdə dünyanın 4-cü özünü qida ilə təmin edən ölkəsi Fransadır, ardınca Hollandiya və Yaponiya gəlir. Azərbaycan bu ölkələrdən xeyli geridədir. Ölkəmiz 59.8 bal ilə 113 ölkə arasında 66-cı yerdədir.
İlk 10-luğa daxil olan digər ölkələr İsveç, Kanada, İngiltərə və Portuqaliyadır.
Türkiyə siyahıda 49-cu yerdədir.
Siyahının sonunda Yəmən, Haiti və Suriya yer alıb.
Hesabatda ölkələr arasında qida təhlükəsizliyi fərqinin sürətlə genişləndiyi və həll yolunun innovasiya olduğu vurğulanıb.
İndeksin alt andekslərindən biri olan Ərzaq qiymətlərinin əlçatanlığında Azərbaycan 48-ci yerdə qərarlaşıb. Qeyd edək ki, qardaş Türkiyə bu alt indeks üzrə 81-ci yerdədir.
Ərzaq məhsulları ilə özünütəminat İndeksində 60-cı yerdən öndə olan ölkələrdə vəziyyət "yaxşı", sonra olan ölkələrdə isə "pis" kimi qiymətləndirilir. (Marja)
İndeks ilə ətraflı buradan tanış ola bilərsiniz.