Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına düşənlərin əksəriyyətinin adları məlum olub.
Eləcə də bax: Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketini təsdiqləyib - SİYAHI
FED.az xəbər verir ki, siyahıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, “Surqutnefqaz”ın sahibi Vladimir Boqdanov, “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, “ESN” şirkətlər qrupunun sahibi Qriqori Berezkin, “Transmaşholdinq” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov və İor Kesayev də var. (Report)