Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiyaları barədə bəyanət yayıb.
FED.az xəbər verir ki, tətbiq edilən yeni sanksiyalar, AB-nin rəsmi internet səhifəsində yayımlandığı gündən qüvvəyə minir.
Eləcə də bax: Avropa Mərkəzi Bankı: “Sberbank”ın Avropadakı törəmə bankları müflis olacaq"
Bu son sanksiyalar Rusiya silahlı qüvvələrinin Buçada və Rusiyanın işğalı altında olan digər ərazilərində törətdikləri vəhşiliklərdən sonra tətbiq edilib.Bizim sanksiyaları tətbiq etməyimizin əsas məqsədi Rusiya qoşunlarının ehtiyatsız, qeyri-insani, aqressiv davranışıqlarını dayandırmaqdır. Bu sanksiyalarla onların qanunsuz təcavüzünün baha başa gəldiyini, Kremldəki qərar qəbul edənələrə başa salmaqdır.” - deyə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borell bildirib.
Avropa Birliyinin yeni sanksiyaları:
•2022-ci ilin avqust ayından Rusiyadan kömür idxal edilməsinə;
• Rusiyaya silah və yüksək texnologiyalı malların satışına;
•Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasına;
• Rusiya və Belarus nəqliyyat şirkətlərinin Aİ-də fəaliyyətinə qadağa;
• Banklar və oliqarxlar üçün bir sıra məhdudiyyətlər;
Bundan əlavə Rusiyada bank sektrounun 23%-ni təşkil edən dörd əsas Rusiya bankı ilə əməliyyatlara tam qadağa tətbiq edilir.
(Apa)