Dünyanın əsas kriptovalyutalarının qiymətində artım qarşıdakı illərdə nəinki zəifləyəcək, hətta daha da sürətlənəcək.
Eləcə də bax : Bitkoinə “İslami” rəqib – “Şəriətə uyğun” Kriptovalyuta Buraxıldı
FED.az xəbər verir ki, bu Crypto Research şirkətin proqnozlarından məlum olub.
Şirkətin analikləri hesab edirlər ki, bitkoin qarşıdakı 5 ildə 340 min dollara, 2033-cü ildə isə 400 min dollara çatacaq. «Crypto Research» şirkətində əmindirlər ki, bitkoinin qiymətinin artması onun cəmiyyətdə özünü təsdiqləməsinə kömək edəcək. Nəticədə ümumi həcmi 212 trilyon dollar olan dünya bazarının qapılarırəqəmsal pullar qarşısında açılacaq.
Tədqiqatçılar hesab edir ki, kriptovalyutaların bahalaşması nəticəsində altkoinlər də dəyər qazanacaqlar. Belə ki, onların proqnozlarına əsasən, qarşıdakı 5 il ərzində «Ethereum»n qiyməti 16 dəfə artaaq bu ilin əvvəlindəki 208 dollar qarşısında 3500 dollara yüksələcək. Bitcoin Cash isə ümumiyyətlə 28 dəfə bahalaşacaq və bu ilin əvvəlindəki 235 dollardan 6700 dollara yüksələcək. Amma ən byöük artım Stellar (XLM) tokeninin qiymətində gözlənilir. Şirkət hesab edir ki, qarşıdakı 5 il ərzində Stellar-ın qiyməti 34 dfə artaraq bu ilin əvvəlindəki 7 sentdən 2025-ci ildə 2,4 dollara yüksələcək.
«Biz hesab edirik ki, bitkoin hələ tanınması yolunun başlanğıcındadır. 2019-cu ilin sonunda qeydə alınan 7200 dollar qiymət göstərir ki, bitkoin ümumi həcmi 212 trilyon dollar olan dünya bazarında cəmi 0,44% paya malikdir. Əgər bitkoinin dünyabazarında payı 10%-ə çatsa, bir bitkoinin qiyməti 400 min dollar olacaq»-deyə hesabatda yazılır.
Qeyd edək ki, martın ortalarında bitkoinin qiyməti ilə bağlı daha bir proqnozu Kraken birjasının mütəxəssisləri səsləndirib. Onların hesablamalarına görə, bitkoinin qiyməti 2044-cü ilədək 350 min dollara yüksələcək. Bu vəziyyət gənc nəslin rəqəmsal valyutalara daha çox etibar etməsi və buraya 1 trilyon dollar yatırması sayəsində baş verəcək.