“Bitcoin”in rəhbərlik etdiyi blokçeyn texnologiyası ilə istehsal olunan kriptovalyutalar dünyadakı populyarlıqlarına görə “yeni dövrün pul vahidi” kimi qəbul edilsə də, “şəriətə uyğun” kriptovalyuta da bazara çıxarılıb.
Eləcə də bax: “Morgan Stanley” bitkoin fondlarına giriş açan ilk investisiya bankı olacaq
FED.az Banker.az-a istinadən xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, Din, Kriptovalyutalarının Fətva xəttində icazə verilmədiyini söyləsə də, Almaniyada Türkiyə ilə bağlantılı olaraq, Caizcoin istehsalına və satışına başlandı.
İnternette “tam təhlükəsiz İslami blokçeyn” təqdimatı ilə ‘caizcoin.io’ saytında satılan və Instagram, Twitter, Facebook, Pinterest, Telegram hesablarından da əldə edilə bilən ‘İslami’ kriptovalyuta, özəl satışına 15 yanvar tarixindən başlanılıb.
Fevral ayında Avropa ATV telekanalında bu haqda reklam verilib və 16 Martda kütləvi satışa çıxarılıb.
Veb saytında “İslam maliyyəsi qaydalarına və müştərinizi tanıma prinsipinə uyğun olaraq, dünyanın hər yerindən insanlar arasında pul köçürməsi” şüarı ilə təqdim olunan caizcoin üçün Mükəmməl İslam sikkəsinə investisiya qoyun və mərkəzləşdirilməmiş maliyyə artıq hamı üçün əlçatandır- sözlərini yayırlar.
Həmçinin ianələrinin və zəkatın caizcon ilə ödənilməsi də təklif olunur.